Rusiyanın şərqində yerləşən Cənubi-Saxalin dairəsinin ərazisində zəlzələ qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Fövqəladə hallar nazirliyinin Saxalin bölgəsi üzrə Baş idarəsinin mətbuat xidməti xəbər verib.
Bildirilir ki, Sineqorsk yaşayış məntəqəsində hiss edilən yeraltı təkanların maqnitudası 3,7 bal, ocağı isə 16 kilometr dərinlikdə yerləşib.
İlkin məlumatlara görə dağınti və itkilər olmayıb.