Rusiyanın şərqində zəlzələ baş verib

Kamçatkada 3,7 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin Kamçatka filialı xəbər verib.

Bildirilir ki, zəlzələnin ocağı 105 kilometr dərinlikdə, episentri Ust-Kamçatsk qəsəbəsindən 86 kilometr aralıda yerləşib.


Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Teqlər: