Rusiyanın şərqində Saxalin vilayəti akvatoriyasında son sutka ərzində 4.8 maqnitudaya qədər beş zəlzələ qeydə alınıb.
AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin şöbəsi bildirilib.
“3.7 ilə 4.8 maqnitudası arasında 4 zəlzələ Sakit okeanda Kuril adaları (Saxalin vilayəti) yaxınlığında baş verib. Daha biri, 2.0 bal gücündə Saxalinin cənub-şərq sahillərində qeydə alınıb”, – məlumatda deyilir.
Yerli sakinlər yeraltı təkanları hiss etməyiblər. Sunami təhlükəsi elan edilməyib.