Rusiyanın Oslodakı səfiri Teymuraz Ramişvili Norveç Xarici İşlər Nazirliyinə çağırılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
Məlumata görə, buna səbəb Rusiyanın Ukraynanın işğal altındakı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini ilhaq etmək üçün keçirdiyi “referendumlar”dır.
Qeyd edək ki, Qərbin bir çox ölkəsi Rusiyanın bu ilhaqını tanımadığı ilə bağlı Rusiya diplomatlarına rəsmi nota təqdim edib.