Rusiyanın “RT Frans” kanalı bağlanıb.
AzerTimes xəbər verir ki, bu barədə kanalın rəhbəri Kseniya Fyodorova məlumat verib.
Qeyd edək ki, baş ofisi Parisdə yerləşən və fransız dilində yayımlanan telekanal 2017-ci ildə açılmışdı. Ötən ilin martından kanalın fəaliyyətinə qadağa qoyulub. Dekabr ayında isə Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalar paketi çərçivəsində “RT Frans”ın bank hesabları bloklanıb.