Rusiyanın resursu var, müharibə dağıdıcı olacaq – Kiyev

Rusiyanın resursu var, müharibə dağıdıcı olacaq – Kiyev

Rusiya kifayət qədər resursu olduğuna görə Ukrayna ilə uzun sürən dağıdıcı müharibə aparmaq niyyətindədir.

AzerTimes xəbər verir ki, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Aleksandr Litvinenko öz köşəsində yazıb.

Litvinenko hazırda müharibənin kritik dövrə daxil olduğunu və Putinin dünyanın qlobal səviyyədə yenidən bölüşdürülməsi prosesi çərçivəsində Ukraynanı ələ keçirəcəyinə inandığını bildirib. O, bölüşdürülmə dövrünün 10-15 il davam etməsinin mümkünlüyünü və bunun müxtəlif müharibələr, hətta nüvə silahından istifadə ilə də müşayiət oluna biləcəyini vurğulayıb.

Litvinenkonun iddialarına görə, Putin “çoxluq koalasiyası” və ya “Qlobal Cənub+” adlandırdığı ölkələr ilə Qərbə alternativ ittifaq qurmaq istəyir. Bu baş tutarsa, Qərb də dünyadan təcrid edilməmək üçün Rusiya Federasiyası ilə yaxınlaşmalı olacaq.

Teqlər: