Rusiyanın raketləri bitir – Britaniya

Rusiyanın raketləri bitir – Britaniya

Yerüstü hədəflər üçün qanadlı raketlərin çatışmazlığı səbəbindən Rusiya hava hücumundan müdafiə raketlərindən istifadəni artırıb.

AzerTimes xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının hesabatında qeyd olunub.

“Rusiya müharibənin əvvəlindən Ukrayna yaxınlığında S-300 və S-400 strateji hava hücumundan müdafiə sistemlərini yerləşdirib. Bu silahların nəzərdə tutulan hədəflərdən yayınması və mülki itkilərlə nəticələnməsi ehtimalı yüksəkdir. Çünki raketlər bunun üçün optimallaşdırılmayıb və ekipajların bu cür missiyalara hazırlığı zəifdir”, – məlumatda qeyd olunub.

Teqlər: