Rusiyanın qarşısını almaq üçün yeni silah hazırlanır

Rusiyanın qarşısını almaq üçün yeni silah hazırlanır

Rusiya hücum dronlarını modernləşdirir və onların istehsalını artırmağa davam edir.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat deyib.

“Qərb sanksiyalar məhdudiyyətlərinə nəzarət etməklə Rusiya Federasiyasının texnologiya əldə etmək imkanlarını azaltmalıdır. Biz Ukraynanın nə edə biləcəyinə, əlimizdə olan Qərb texnologiyalarından istifadə edərək texnoloji sıçrayışlar üçün hansı addımlar ata biləcəyimizə baxmalıyıq. Bu, artıq həyata keçirilir”, – Y.İqnat vurğulayıb.

O qeyd edib ki, Ukraynanı dəstəkləyən Qərb də texnologiyanın inkişafı üçün böyük addımlar atır. Xüsusilə, lazer silahları üzərində iş ciddi sürət qazanır.

Teqlər: