Fransa Prezidenti Emmanuel Makron mətbuat konfransında Rusiya haqqında sərt danışıb.
AzerTimes xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
“Rusiyanın qalib gəlməsinə imkan vermək beynəlxalq nizamın müəyyən edilmiş qaydalarına artıq əməl olunmayacağı təhlükəsini göz önünə almaq deməkdir”, – o bildirib.
Eyni zamanda, Makron Fransanın Ukraynaya 40-a yaxın SCALP raketi, bir neçə yüz bomba və “Ceaser” haubitsasını təhvil verəcəyini açıqlayıb.