Rusiya hakimiyyəti Ukrayna ordusunun ölkənin şərqində əks-hücum əməliyyatını davam etdirməsi fonunda gizli səfərbərliyi ikiqat artırıb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Ukrayna şərqdə əks-hücum əməliyyatlarını davam etdirir, Xarkovun şərq hissəsində, Luqanskın şimalı və Donetskin şərqində rusların mövqelərinə, maddi-texniki dəstək xətlərinə təzyiqi artırır. Rusiya Ukrayna ilə müharibədən bəri keçmiş sovet respublikalarında olan hərbi bazalarındakı qüvvələrin əksəriyyətini tükəndirib. Bu isə həmin dövlətlərdə Rusiyanın təsirini zəiflədir”, – məlumatda deyilir.