Rusiyanın Polşadakı diplomatı XİN-ə çağırıldı

Rusiyanın Polşadakı diplomatı XİN-ə çağırıldı

Rusiyanın Polşadakı müvəqqəti işlər vəkili Andrey Ordaş Xarici İşlər Nazirliyinə çağırılıb.

AzerTimes xəbər verir ki, bu barədə Polşa Xarici İşlər məlumatında deyilir.

“Axşam xarici işlər nazirinin müavini Vladislav Teofil Bartoşevski Rusiya müvəqqəti işlər üzrə vəkili Andrey Ordaşı çağıraraq Rusiyanın qanadlı raketlə Polşanın hava məkanına daxil olmasını izah etməsini və bu cür hərəkətləri dərhal dayandırmağı tələb edib”, – deyə qeyd olunur.

Qeyd edək ki, Rusiyaya məxsus raket Polşa hava məkanına daxil olub və qısa müddətdə zonanı tərk edib.

Teqlər: