Rusiyanın növbəti hədəfi Xarkovdur – General

Rusiyanın növbəti hədəfi Xarkovdur – General

Avdeyevkadan sonra Rusiyanın növbəti hədəfi Xarkov olacaq.

AzerTimes xəbər verir ki, bunu NATO-nun Hərbi Komitəsinin keçmiş sədri, Almaniya ordusunun ehtiyatda olan generalı Harald Kuyat deyib.

“Hazırda onlar Avdeyevkanı götürüblər və bu, böyük üstünlükdür. Növbəti hədəf Xarkovdur”, – general bildirib.

Kuyat fikrini onunla əsaslandırıb ki, hazırda Rusiya ordusu Kupyansk istiqamətində fəal hərbi əməliyyatlar aparır:

“İndi Ukrayna ordusu quru hücumları və döyüş əməliyyatları aparmaq iqtidarında deyil. Min kilometrlik cəbhə xəttində Ukrayna hərbi qulluqçularının sayı çox azdır”.

Teqlər: