Rusiyanın dövlət televiziyası olan “Rossia 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişinin aparıcısı Olqa Skabeyeva yenə təhdid açıqlamaları ilə gündəmə gəlib.
AzerTimes xəbər verir ki, ABŞ-ın Ukraynaya silah göndərməsi haqda danışan rusiyalı aparıcı müharibənin Polşaya keçə biləcəyini iddia edib.
“Tanrı qorusun, əgər amerikalılar Ukraynaya 300 kilometr mənzilli raketlər göndərərsə, dayanmayacağıq, Varşavaya qədər irəliləyəcəyik”, – deyə Olqa böyük iddialar irəli sürüb.