Qərbin Rusiyaya qarşı xam neft və neft məhsullarına tətbiq etdiyi məhdudiyyətlərin qüvvəyə minməsindən sonra ölkənin bu sahədən qazandığı büdcə gəlirləri bu ilin fevralında 2 dəfəyə qədər azalıb.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, ötən ay neft və qazdan vergi daxilolmaları illik müqayisədə 46% azalaraq 521 milyard rubla (6,91 milyard dollar) düşüb.
Blumberq nəşri hesab edir ki, keçən ay enerji vergisi daxilolmalarının üçdə ikisindən çoxunu təşkil edən xam neft və neft məhsullarından əldə edilən gəlirlər 48% azalaraq 361 milyard rubl olub.
Dövlət büdcəsinə azalmalar Rusiyanın əsas ixrac növü olan Urals markalı neftin qiymətinin düşməsindən və Brent etalonuna əhəmiyyətli endirimlə satıldıqdan sonra baş verib.
Xatırladaq ki, Rusiyadan xam neft və neft məhsullarının əksər dəniz idxalına Avropa Birliyi qadağa qoyub, G7 isə qiymət tavanı tətbiq edib.