Rusiyanın neft məhsullarına qiymət məhdudiyyəti təsdiqləndi

Rusiyanın neft məhsullarına qiymət məhdudiyyəti təsdiqləndi

Avropa Birliyi Şurası G7 ilə birgə Rusiyadan dəniz yolu ilə tədarük olunacaq dizel yanacağına 100 dollarlıq, diskont məhsullara isə 45 dollarlıq qiymət məhdudiyyətini rəsmən təsdiqləyib.

AzerTimes xəbər verir ki, Avropa Birliyi Şurasının və Avropa Komissiyasının mətbuat xidmətinin məlumatına görə, qiymət tavanı Qərb biznesinə və Qərbin logistik kompaniyalarının nəzarət etdiyi ərazilərdə tətbiq olunacaq. Qiymət məhdudiyyətinin tətbiqindən öncə imzalanmış müqavilələrin həyata keçirilməsi üçün fevralın 5-dən 55 günlük keçid dövrü başlayacaq.

Eyni zamanda, fevralın 5-də Rusiyanın neft məhsullarının dəniz yolu ilə Avropa Birliyinə tədarükünə qoyulan qadağa da qüvvəyə minəcək.

Teqlər: