Rusiyanın Smolensk, Voronej və Lipetsk vilayətlərinə PUA hücumu edilib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, hücum zamanı Smolensk və Voronejdəki neft emalı zavodlarında yanğın baş verib.
Bundan başqa, Lipetskdəki hərbi texnikalar üçün şassilər istehsal edən traktor zavoduna da zərbələr endirilib. Lipetsk vilayətinin qubernatoru İqor Artamanovun sözlərinə görə, PUA-lar Lipetsk şəhərinin sənaye zonasına düşüb.