Rusiyanın müttəfiqləri hər şeyi etməyə hazırdırlar ki…

Rusiyanın müttəfiqləri hər şeyi etməyə hazırdırlar ki…

Rusiyanın bütün tərəfdaşları Ukrayna böhranı ətrafında baş verənləri adekvat qiymətləndirirlər.

AzerTimes xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

“Rusiyanın müttəfiqləri də Ukrayna böhranının nəhayət, diplomatik vasitələrlə həll etmək üçün mümkün olan hər şeyi etməyə hazırdırlar və onlar bunun kimdən asılı olduğunu yaxşı başa düşürlər”, – Matviyenko bildirib.

Qeyd edək ki, hazırda Federasiya Şurasının sədri ölkənin yeni seçilmiş prezidenti Luis İnasio Lula da Silvanın andiçmə mərasimində iştirak etmək üçün Braziliyadadır.

Teqlər: