Ötən gecə ukraynalı müdafiəçilər Luqansk vilayətinin Kadiyevka şəhərində rus ordusuna məxsus silah-sursat anbarını məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə “Kanal 24” kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.
“Düşmənin döyüş sursatı olan anbarı Kadiyevkada dəmir-beton məmulatları sahəsində yerləşirdi. Sursat olan ərazidə təxminən iki saat partlayış olub. Şəbəkədə partlayışlarla müşayiət olunan yanğının foto və videoları yayımlanıb. Bu anbarın Popasnaya-Severodonetsk-Lisiçansk-Baxmut istiqamətində mərmi tədarükü üçün əsas anbarlardan biri olduğu barədə informasiyalar var”,- məlumatda deyilir.