Türkiyə bankları Rusiyanın “Qazprombank”ının verdiyi “UnionPay” bank kartları sisteminə xidmətdən imtina ediblər.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bu kartlardan Türkiyə banklarından pul çıxarmaq artıq mümkün olmur. Qadağaların təkcə özəl yox, dövlət banklarında da olduğu vurğulanıb.
Qeyd edək ki, bundan öncə Qərb ölkələri “Qazprombank”a sanksiya tətbiq ediblər. Son zamanlar Türkiyə bankları vasitəsilə Rusiyaya transfertlər həddən çox çətinləşib. Rusiyalı biznesmenlər alternativ kimi Çin banklarından yararlanmağa çalışsalar da ABŞ sanksiyalarından sonra onlar da Rusiyaya transfertlər və xidmətlər məsələsində yoxlamaları kəskin artırıblar.