Qarabağın statusu məsələsində Rusiyanın mövqeyi Ermənistan hakimiyyətinin yanaşmasına tam uyğundur.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxışında deyib.
Qeyd edək ki, dünən Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Qarabağın statusu məsələsinin bütün tərəflər üçün məqbul ədalətli həllə şərait yaradılandan sonra gələcək nəsillərin öhdəsinə buraxılmalı olduğunu demişdi.