Rusiyanın Moldovada məqsədi budur – Stano

Rusiyanın Moldovada məqsədi budur – Stano

AB Moldovanın Rusiyanın zərərli müdaxiləsinə müqavimət göstərmək qabiliyyətini artırmağa kömək edir.

AzerTimes xəbər verir ki, bunu AB Xarici İşlər Nazirliyinin sözçüsü Peter Stano deyib.

“Son aylarda Moldovanın Rusiyanın daxili işlərə müdaxilə, dezinformasiya, kiberhücumlar kimi bədxah fəaliyyətlərinin hədəfinə çevrildiyini gördük. Bunun məqsədi aydındır: Moldovanın Avropa istəklərinə qarşı olaraq ölkədəki sabitliyi pozmaqdır. Biz, eyni zamanda, Moldovanın bu təhdid və çağırışlarla üz-üzə qalmağa qadir olduğuna əminik və biz Moldovanın enerji təhlükəsizliyi, müdafiə və təhlükəsizlik sahəsində dayanıqlığını gücləndirməkdə, makromaliyyə dəstəyi göstərməkdə davam edirik. Bütün bunları AB Moldovanın Rusiyanın bu zərərli müdaxiləsinə müqavimət göstərmək qabiliyyətini gücləndirmək üçün edir”, – Stano qeyd edib.

Teqlər: