Rusiyanın məsələsini həll etdik, lakin cavab vermədilər – Blinken

Rusiyanın məsələsini həll etdik, lakin cavab vermədilər – Blinken

ABŞ Rusiyaya taxıl sazişi ilə bağlı problemlərini həll etməyi təklif edib, lakin Moskva hələ də cavab verməyib.

AzerTimes xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.

“Banklarımıza məktub yazdım ki, Rusiya taxılının ixracını tamamilə dəstəkləyirik və sanksiyalardan qorxmaq üçün heç bir əsas yoxdur. Mümkün olan bütün problemləri həll etməyi təklif etsək də, Moskva hələ də buna cavab verməyib”, – Blinken bildirib.

ABŞ dövlət katibinin sözlərinə görə, son bir ildə Rusiya taxılının ixracı Ukraynadakı hadisələrdən əvvəl ixrac etdiyindən xeyli çoxdur.

Teqlər: