Rusiyanın loukoster aviaşirkəti Bakıya uçuşları bərpa edib

Rusiyanın “Azimut” loukoster aviaşirkəti
Həştərxan-Bakı-Həştərxan marşrutu ilə reysləri bərpa edib.

Trend bu barədə
şirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, mayın 30-dan etibarən reyslər həftədə iki dəfə,
bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

Təyyarə Bakıya saat 14:10-da eniş edəcək, Həştərxana isə saat
15:10-da yola düşəcək.

Xatırladaq ki, “Azimut” Mineralnıye Vodı və Soçidən Azərbaycana
uçuşlar təşkil edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: