Rusiyanın Dombay kurort qəsəbəsinin Qonaçxır dərəsində yanğın nəticəsində 15 xilasedici və 7 turist ərazidə sıxışıb qalıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onları çıxarmağa çalışıb.
AzerTimes xəbər verir ki, bu barədə “Mash Gor” məlumat yayıb.
Məlumata görə, 40-a yaxın avtomobil göldə hərəkətsiz qalıb və enə bilmir. Meşə yanğınının sahəsi 5 min kvadratmetrdir. Yanğına ən yaxın yaşayış qəsəbəsi isə 7 kilometr məsafədə yerləşir.