Seysmoloqlar Sakit Okean akvatoriyasının Kuril adaları yaxınlığında (Rusiya, Saxalin bölgəsi) 3.2 bal gücündə zəlzələ qeydə alıblar.
AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid geofizika xidmətinin Saxalin filialından bildirilib.
“Zəlzələ Böyük Kuril silsiləsinin Urup adasından şimalda baş verib, ocağı 41 kilometr dərinlikdə yerləşib”, – məlumatda deyilir.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.