Daha əvvəl Beynəlxalq Kosmik Stansiyanın (BKS) Rusiya seqmentindən çıxarılan nasaz “Proqres MS-21” kosmik yük gəmisi Sakit okeanda batırılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Roskosmos” məlumat yayıb.
Məlumata görə, gəmi orbitdən çıxdıqdan sonra atmosferə daxil olaraq dağılıb. Yanmayan hissələri də Sakit okeanın cənub hissəsinə düşüb.
Qeyd edilib ki, “Proqres MS-21” BKS-də 3,5 aydan çox işləyib.
“Proqres MS-21” kosmik gəmisi ötən il oktyabrın 26-da buraxılıb və iki gün sonra BKS-ə 2,5 tondan çox yük çatdırıb. Fevralın 11-də gəminin istilikdaşıyanında sızma qeydə alındıqdan sonra “Energiya” Raket-kosmik Korporasiyası (RKK) “Proqres MS-21” yük gəmisini orbitdən çıxarmaq qərarına gəlib.