Rusiyanın koronavirus vaksini 91 faiz səmərəli olub

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiya istehsalı olan “Sputnik V” koronavirus vaksini infeksiyaya qarşı 91 faiz səmərəli olub.

AzerTimes-ın məlumatına görə, bu barədə “Lancet” elmi jurnalındakı məqalədə deyilir.

Qeyd olunur ki, bu nəticələr ötən ilin sentyabr-noyabr aylarında keçirilmiş üçüncü kliniki sınaqlardan sonra əldə edilib.


Sınaqların üçüncü mərhələsində Moskvada 22 minədək könüllü iştirak edib.