Rusiyanın mayın 9-da Kiyevə raket hücumu həyata keçirməsi Ukrayna ordusunun əks-hücum əməliyyatlarının qarşısını almaq məqsədi daşıyırdı.
AzerTimes xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Bundan əlavə, rusların kifayət qədər güc və vasitələri olsa, əks-hücumumuz başlamazdan əvvəl Kiyevə və Ukraynaya raket və “Şahid”lərlə zərbə endirə bilərlər. Bu zərbələr daimi və ya hər gün baş verə bilər. Onların məqsədi bizi əks-hücuma etməməyə məcbur etməkdir”, – Jdanov bildriib.