

Rusiya Ədliyyə Nazirliyi ölkənin keçmiş xarici işlər naziri Andrey Kozırevi xarici agent elan edib.
AzerTimes xəbər verir ki, Kozırev Rusiya hakimiyyətinin qəbul etdiyi qərarlar və yeritdiyi siyasətlə bağlı, eləcə də Rusiya Silahlı Qüvvələri haqqında mənfi imic yaratmağa yönəlmiş yanlış informasiyalar yayıb.
Qeyd olunur ki, o, Ukraynada keçirilən xüsusi hərbi əməliyyatın əleyhinə çıxış edib.