Yaponiya Moskvanın antirusiya sanksiyaları səbəbindən ikitərəfli münasibətlərin pisləşməsinə görə Tokionun məsuliyyət daşıması barədə bəyanatlarını ədalətsiz, qəbuledilməz hesab edir və bu vəziyyətə görə Rusiya tərəfini günahlandırır.
AzerTimes xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi deyib.
“Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum etdi və 2022-ci ilin martında birtərəfli qaydada Yaponiyanın sanksiyalarına görə Tokio ilə sülh müqaviləsi üzrə danışıqları davam etdirmək niyyətində olmadığını bildirdi. Bütün bu vəziyyət yalnız Rusiyanın hərəkətləri nəticəsində yaranıb. Yaponiyanı günahlandırmaq cəhdləri son dərəcə ədalətsiz və tamamilə qəbuledilməzdir”, – o bildirib.