Rusiyanın itkilərinin sayı 200 minə çatdı – NYT

Rusiyanın itkilərinin sayı 200 minə çatdı – NYT

Ukraynada genişmiqyaslı işğalın başlanğıcından bəri Rusiyanın itkiləri 200 minə (ölən və yaralanan) çatıb.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Baxmut və Soledar uğrunda gedən döyüşlərdə rus ordusunun xüsusilə ağır itki verdiyi qeyd edilir.

“Moskva döyüş meydanında böyük qələbə üçün ümidsizdir və Baxmutu bütün Donbası ələ keçirməyin açarı kimi görür. Rusiya zəif təlim keçmiş əsgərləri və keçmiş məhbusları Ukrayna artilleriyasının zərbəsi altında yerləşən cəbhə xəttinə göndərir. ABŞ rəsmiləri deyirlər ki, Rusiyanın itkiləri sürətlə artır, hər gün yüzlərlə əsgər ölür və yaralanır.

Cəmi 11 ayda bu itkilər Amerikanın Əfqanıstan müharibəsindəki itkilərindən 8 dəfə çoxdur”, – məqalədə qeyd olunub.

Teqlər: