Qərb nə qədər lazımdırsa, Rusiyadan gələn hücum qarşısında Ukraynanı dəstəkləyəcək.
AzerTimes xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Mən strateji qeyri-müəyyənlik yaratmışam və getdikcə daha çox ölkə bunu dəstəkləyir. Biz artıq Ukraynanı sadəcə olaraq dəstəkləyəcəyimizi demirik, rəsmi şəkildə deyirik ki, lazım olduğu qədər intensiv şəkildə dəstəkləyəcəyik. O deməkdir ki, biz Rusiyanın həyata keçirəcəyi istənilən hücuma cavab verməyə hazırıq”, – Makron bildirib.
Onun sözlərinə görə, Qərbdə çoxları Rusiyanın Ukraynada dayanmayacağına inanır:
“Kimsə fikirləşir ki, Rusiya Donbas və Krımda dayanacaq, səhv edir. Hər kəs də bu fikri bölüşür. Prezident Co Bayden də bir neçə gün öncə də belə bir söz dedi. Ona görə də, mən hər kəsi yaxşı düşünməyə çağırıram”.