Rusiyanın İranla hərbi əməkdaşlığı buna təhdid yaradır

Rusiyanın İranla hərbi əməkdaşlığı buna təhdid yaradır

Böyük Britaniyada Rusiya və İran arasındakı hərbi əməkdaşlıq dərin narahatlıq doğurur. Çünki bu tərəfdaşlıq qlobal təhlükəsizliyə təhdid yaradır.

AzerTimes xəbər verir ki, bunu Böyük Britaniya xarici işlər naziri Ceyms Kleverli deyib.

Nazir bildirib ki, İran Ukraynadakı münaqişə zamanı Rusiyaya əsas silah tədarükçülərindəndir və onlara yüzlərlə pilotsuz təyyarə verib.

“Bunun müqabilində Rusiya İran rejiminə hərbi və texniki dəstək təklif edir. Bununla da onun Yaxın Şərqdəki tərəfdaşlarımıza və beynəlxalq təhlükəsizliyə yaratdığı təhlükə daha da artır”, – nazir qeyd edib.

Teqlər: