Rusiyanın İrana Su-35 verəcəyi tarix açıqlandı

Rusiyanın İrana Su-35 verəcəyi tarix açıqlandı

Rusiyanın Su-35 qırıcıları İrana mart ayında veriləcək.

AzerTimes xəbər verir ki, bu sözləri İran parlamentinin Təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Şəhriyar Heydəri deyib.

O bildirib ki, yaxın vaxtlarda İrana Rusiyanın başqa silahları – müdafiə sistemləri, raket kompleksləri və helikopterlər də veriləcək.

Qeyd edək ki, bir müddət öncə Misirin Su-35 qırıcılarından imtina etdiyi bildirilmişdi. Rusiyanın isə Misir üçün nəzərdə tutulan 24 ədəd Su-35-i İrana satacağı iddia edilirdi.

Teqlər: