Rusiya qüvvələrinin bir neçə istiqamətdə eyni vaxtda uğurlu irəliləyişi fonunda Ukraynanın vəziyyəti günü-gündən pisləşməkdə davam edir.
AzerTimes xəbər verir ki, bu barədə CNN telekanalı bildirib.
“Vəziyyət hər gün daha da pisləşir. Rusiya 2022-ci ilin mart ayından bəri görünməmiş sürətə malikdir. Ukrayna hazırkı vəziyyətin nə qədər pis olduğunu etiraf etmək məcburiyyətindədir”, – nəşr yazıb.
Telekanal vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri Moskvanın taktiki uğurlarını və Kiyevin mövqeyinin əhəmiyyətli dərəcədə pisləşməsini qəbul edir.
“Kiyev üçün kabus gəldi”, – deyə bildirən kanal sonrakı geriçəkilmənin Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan bütün Donbas ərazilərinin itirilməsinə gətirib çıxaracağını vurğulayıb.
Qeyd edək ki, son günlər Ukrayna ordusu bir neçə istiqamətdə yaşayış məntəqələrindən geri çəkilmək məcburiyyətində qalıb.