Rusiyanın ilk lüks maşını: 1 milyon manata – Foto

Rusiyanın ilk lüks maşını: 1 milyon manata – Foto

Rusiya özünün yolsuzluq avtomobili olan “Aurus Komendant”ın seriyalı istehsalına başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə istehsalçı şirkətdən məlumat verilib.

Məlumata görə, istehsala noyabrın 26-da Elabuq şəhərindəki zavodda start verilib.

“Bu, əksər hissələri Rusiya tərəfindən istehsal edilən lüks sinfindən olan ilk rus avtomobilidir”, – məlumatda qeyd olunub.

Bildirilib ki, avtomobilin istehsalında hazırda milli tədarükçülərin payı 70 faizə çatıb.

Qeyd edək ki, “Komendant” “Aurus” sinfinin ikinci modelidir. Avtomobilin 2023-cü ilin ilk rübündə satışa çıxarılması planlaşdırılır. Qiymətinin isə 33.7 milyon rub olacağı bildirilib.

Teqlər: