Rusiyanın iki Su-25 hərbi təyyarəsi Ukraynanın Nikolayev vilayəti üzərində vurulub.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın “Cənub” Hərbi Hava Komandanlığı məlumat yayıb.
“Sentyabrın 29-da saat 17:00 radələrində Nikolayev vilayətinin Baştanski rayonunda Odessa hava komandanlığının “Pivden” zenit-raket briqadasının əsgərləri Rusiyanın iki Su-25 hücum təyyarəsini vurublar”, – məlumatda qeyd olunub.