
Rusiyanın Donetsk vilayətindəki Mirnoqrad və Zaporojye vilayətindəki Qulyaypol şəhərlərini ələ keçirməsi barədə məlumatı həqiqətə uyğun deyil.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Baş Qərargah bəyan edib ki, Qulyapolda vəziyyət ağırdır, lakin Ukrayna qoşunları şəhərdə müdafiə əməliyyatlarını davam etdirir. Müdafiə qüvvələri şəhərdəki Rusiya işğalçı qüvvələrinin piyada qruplarını məhv etmək üçün əməliyyatlar aparır.

