Rusiya qüvvələrinin hücum əməliyyatları yaxın həftələrdə dayandırılacaq.
AzerTimes xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu məlumat yayıb.
Məlumata görə, rusların Severodonetsk və Lisiçanskı tutmasından asılı olmayaraq, bu, fasilə olacaq:
“Müəyyən edilmiş vaxt ərzində Ukrayna Silahlı Qüvvələri ehtiyatlı əks-hücuma başlamağa cəhd edə bilər. Severodonetskin ələ keçirilməsi Rusiya üçün həlledici qələbə olmayacaq və şəhər uğrunda döyüşlərdə onların böyük itkilərinə səbəb olacaq. Eyni zamanda, rus ordusunun hücum resurslarına ciddi ziyan vurulacaq”.