Rusiyanın hücum ehtimalına Borrelldən reaksiya

Rusiyanın hücum ehtimalına Borrelldən reaksiya

Onların belə hesablamalara (yaxın gələcəkdə Rusiyanın hücumu ehtimalı haqqında – red.) necə gəldiyini bilmirəm: beş, səkkiz il, yaxud iki və ya üç ildən sonra – bilmirəm…

AzerTimes xəbər verir ki, bunu Avropa Birliyi diplomatiyasının rəhbəri Jozep Borrell Rusiyanın hücum ehtimalı ilə bağlı bəyanatlar verən bir sıra avropalı siyasətçilərinin və hərbi liderlərin fikirlərini şərh edərkən bildirib.

“Biz Ukraynaya kömək etməyə hazır olmalıyıq. İndi Ukraynada müharibə gedir. Yeni problemlərin ortaya çıxmasını gözləməyə ehtiyac yoxdur, müharibə olduğu yerdədir. Bunun yayılmasının qarşısını almaq üçün əlimizdən gələni etməliyik. Beş ildən sonra nə olacağını təxmin etməməliyik, artıq kifayət qədər işimiz var”, – Borrell qeyd edib.

Teqlər: