Rusiyanın havadan müdafiə sistemləri Belqorod vilayəti üzərində hava hədəflərini məhv edib, heç kim xəsarət almayıb.
AzerTimes xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib.
“Belqorod və Belqorod rayonu üzərində havadan müdafiə sistemlərimiz hava hədəfinə görə işə düşüb. Operativ xidmətlər yerdə fəsadları araşdırır. İlkin məlumata görə, zərərçəkən şəxs və dağıntı yoxdur”, – deyə o bildirib.