Kremlin Ukraynanı Krıma zərbəyə görə günahlandırması üçün çox az səbəbi var. Çünki “Moskva”nın batması da artıq göstərdi ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri səmərəsizdir.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“İki fərqli yerdə eyni vaxtda partlayışların olması Rusiyanın səsləndirdiyi təsadüfi yanğın versiyasını istisna edir. Lakin nə təxribat, nə də uzaqmənzilli raket hücumu da istisna edilmir”, – məlumatda deyilib.