Rusiyanın Moskva, İvanovo, Ulyanovsk vilayətlərindəki aerodromlardan Rusiya sülhməramlılarının Qazaxıstana köçürülməsi davam edir.
AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
Nazirlik bildirib: “KTMT sülhməramlı qüvvələrinin Rusiya kontingentindən əvvəllər marşlar keçirmiş Hava-desant qüvvələrinin bölmələri “Çkalovski”, “İvanovo-Severnı”, “Ulyanovsk-Vostoçnı” yükləmə aerodromlarındadırlar”.
Qeyd olunub ki, Hərbi-desant Qüvvələrinin bölmələri ştat texnikası və silahları hərbi nəqliyyat təyyarələrinə yükləyir.
Bildirilib ki, KTMT sülhməramlı qüvvələrinin əsas vəzifələri mühüm dövlət və hərbi obyektlərin mühafizəsi, vəziyyətin sabitləşdirilməsində və hüquqi müstəviyə qaytarılmasında Qazaxıstan Respublikasının hüquq-mühafizə qüvvələrinə köməklik göstərilməsi olacaq.