Rusiyanın hərbi kolonu Manquşa istiqamətləndi

Rusiyanın hərbi kolonu Manquşa istiqamətləndi

Mariupolda Rusiya hərbi texnikasının Manquş və Berdyansk istiqamətində hərəkəti qeydə alınıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Mariupol şəhərinin merinin müşaviri Petr Andryuşşenko məlumat verib.

“Hərbi texnikanın hərəkətini izləyirik. Bu gün saat 8:30 radələrində Donetsk istiqamətindən “V” işarəsi olan yeddi yük maşını döyüş sursatı ilə birlikdə Mariupola daxil olub. Daha sonar “Metro” ticarət mərkəzinin arxasından Manquşa tərəf getdilər”, – müşavir bildirib.

Teqlər: