Rusiyanın Ukraynadakı hərbi cinayətləri dünyaya Srebrenitsa soyqırımını xatırlatdı.
AzerTimes xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Rusiyanın Ukraynaya qarşı əsassız təcavüzü qitəmizə amansız müharibəni qaytardı. Ukraynada şahidi olduğumuz qırğınlar və müharibə cinayətləri 1990-cı illərdə Qərbi Balkanlardakı müharibənin şahidi olanlar üçün parlaq xatirələr oyadır. Avropa bosniyalı müsəlmanların qətliamının qarşısını ala bilmədiyi üçün məsuliyyətini də unutmayıb”, – Borrell bildirib.