ABŞ hakimiyyət orqanları Rusiya gəmilərinin Karib dənizindəki fəaliyyətini yaxından izləməyə davam edəcək.
AzerTimes xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Bunu nəzərə almaq bizim üçün vacibdir. Ruslar bunu bir neçə ildən bir edirlər. Karib hövzəsinə, Latın Amerikası sularına ekskursiyalar təşkil edirlər. Bu yeni deyil.
Bunu lazım olduğu kimi diqqətlə izləyirik”,- o bildirib.
Xatırladaq ki, Kuba hökuməti Rusiya donanmasına məxsus “Admiral Qorşkov” freqatı, “Kazan” atom sualtı qayığı, “Akademik Paşin” tankeri və “Nikolay Çiker” qoşqu gəmisinin 12-17 iyun tarixlərində keçiriləcək təlimlərdə iştirak etmək məqsədilə Havana limanında qalacağını bildirmişdi.