Polşa G20-nin yeni üzvü ola bilər.
AzerTimes xəbər verir ki, bunu Polşanın mədəniyyət və milli irs nazirinin müavini Yaroslav Sellin bildirib.
“G20 iqtisadi və siyasi baxımdan ilk iyirmilikdir, deməli, bunun üçün vəziyyət yetişib. İqtisadi reytinqdə Polşa dünyada təxminən 20-ci yeri tutur, Ukraynaya göstərilən yardım sayəsində Polşanın geosiyasi əhəmiyyəti də xeyli artıb”, – nazir müavini söyləyib.