Rusiyanın Əsədi ekstradisiya etməsi… – Naumkin

Rusiyanın Əsədi ekstradisiya etməsi… – Naumkin

Bəşər Əsədin Suriyanın yeni hakimiyyət orqanlarına ekstradisiyası Rusiya üçün yanlış addım olardı.

AzerTimes xəbər verir ki, bunu rusiyalı akademik Vitali Naumkin deyib.

“Düşünmək istərdim ki, Rusiya bunu etməyəcək. Ona görə yox ki, dövlətimiz Əsədin etdiyi hər şeyi və hakimiyyətdə özünü necə apardığını bəyənir. Düşünürəm ki, məsələ bunda deyil. Burada söhbət ondan gedir ki, Kreml Əsəd hakimiyyətinin böyük çatışmazlıqlarına, rejiminin etdiklərinə baxmayaraq, Rusiya ilə dost münasibətdə olan, bizimlə mehriban davranan keçmiş Suriya liderini faktiki olaraq siyasi sığınacaqla təmin edib”, – o bildirib.

Teqlər: