Rusiya Ukraynaya 2-3 dəfə güclü kütləvi raket zərbələri endirmək üçün qanadlı raketlərə sahibdir.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəsmisi Vadim Skibitski deyib.
“Bu gün rusların “İsgəndər” raketləri ilə bağlı çatışmazlığı var. Görürük ki, onlar bu raketi çoxdan istifadə ediblər. İndi də “Kalibr” raketlərinin ehtiyatları bitir”, – Skibitski bildirib.
Onun sözlərinə görə, rusların əsas yüksəkdəqiqlikli silahları X-101, X-555 və “Kalibr” raketləridir.