Rusiyanın Ermənistandakı obyektlərinə təhlükə… – Qaluzin

Rusiyanın Ermənistandakı obyektlərinə təhlükə… – Qaluzin

Biz AB-nin Ermənistandakı missiyasının fəaliyyətini mənfi qiymətləndiririk, bu barədə dəfələrlə deyilib.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA-ya açıqlamasında deyib.

O bildirib ki, AB-nin vəzifəsi göz qabağındadır və Cənubi Qafqaz dövlətlərinin ənənəvi tərəfdaşları və qonşuları olan Rusiya, İran, Türkiyənin maraqlarına zərər verərək, regionda möhkəmlənməyə çalışır:

“Biz AB müşahidəçilərinin işindən heç bir nəzərəçarpacaq nəticə görmürük. Onlar hesabatlarını birbaşa Brüsselə göndərirlər və hətta erməni tərəfi ilə də bölüşmürlər. Qərblilərin Rusiya obyektləri, eləcə də Ermənistanla qonşu olan bütün dövlətlər haqqında kəşfiyyat məlumatlarını topladığını düşünməyə bütün əsaslar var”.

Teqlər: